Güneylilər bu gün böyük aksiyaya çıxır - Proqram açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Brüsseldə Lüksemburq meydanında bir-iki saat öncədən yığışaraq, saat 14:00-dan yürüşə başlayacaq, bayrağımızın altında "Azadlıq, Ədalət, Milli Hökumət" şüarlarımızı səsləndirəcəyik.
Milli.Az bildirir ki, bu sözləri axar.az-a "Azadlıq və Ədalət" yürüşünün logistika komitəsinin rəhbəri Mahmud Bilgin deyib.
O, bu gün - 25 martda Belçikada baş tutacaq yürüşün proqramını açıqlayıb:
"Aksiyada əsas şüarımızla yanaşı, "Qadın, kişi əl-ələ, zülmün başın əzməyə", "Azərbaycan var olsun, istəməyən kor olsun", "Azərbaycan oyaqdır, varlığına dayaqdır", "Azərbaycan öz yolunu tapıbdır, səltənəti-vilayəti atıbdır" kimi şüarlar ilə hərəkət edəcəyik. Fars rejiminin təxribatını önləmək üçün müəyyən təhlükəsizlik işləri görülüb. Şuman meydanında bir çadırımız olacaq. Səhnədə sözçülər, yürüş komitəsinin başçıları və qonaqlar çıxış edəcək. Rus zülmünə məruz qalan ukraynalılardan da dəvət olunan insanlar var. Onları da dinləməyə imkan yaradılıb. Ərəb, türkmən, qaşqay, bəluclara da bu imkan tanınıb. Sonra Güllü Muradova milli bütövlük himnimizi səsləndirəcək, "Azərbaycan sənsən mənim" mahnısı ifa olunacaq. Bu, Güney Azərbaycanda önəmli məsələdir və bu mahnı oxunananda hamımız ayağa qalxarıq. Odur ki, bu mahnını proqramımızın bir parçası etmişik".
Komitə rəhbərinin sözlərinə görə, tədbirin sonunda qətnamə qəbul olunacaq:
"Qətnamədə İran-fars molla rejiminin Azərbaycan türkləri və qeyri-fars millətlərinə qarşı assimilyasiya siyasəti yürütməsi ilə əlaqədar olaraq, bütün etniklərin İranda bərabər haqqa sahib olması tələb ediləcək. Qadınlara qarşı zülmə, qızlarımızın zəhərlənməsinə görə fars molla rejiminin boykot olunmasını dünya ictimaiyyətindən istəyəcəyik. SEPAH-ın terror qüvvəsi kimi tanınmasını da tələb edəcəyik. İran-fars rejiminin Azərbaycan Respublikasına qarşı bu qədər hədə-qorxu gəlməsi və silahlı hərbi əməliyyat keçirmək təxribatlarına qarşı Azərbaycanımızın yanında olduğumuzu elan edəcəyik. Prezidentimizə Güney Azərbaycanın haqlarını müdafiə etdiyinə görə təşəkkürümüzü bildirəcəyik. Yekunda qətnaməmizdə İranda yaşayan qeyri-fars millətlərin və 40 milyon Güney Azərbaycan türkünün haqqının əzilməsi yer alacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
Ovni Muradov nazir təyin edildi
XƏBƏR LENTİ
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır





