Cəmiyyət

Şamaxı Novruz ab-havasında - VİDEO - FOTO

11 Mart 2023 19:11
Baxış: 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şamaxı rayonunun küçə və meydanlarında Novruz bayramı ilə əlaqədar müvafiq hazırlıq işləri görülüb. Şəhərin girişində müasir işıqlandırma sistemləri tətbiq olunmaqla, Novruz atributları və baharın gəlişini özündə ehtiva edən digər qurğular quraşdırılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, başdan-başa bayram libasına bürünmüş Mirzə Ələkbər Sabirin, İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin yurdu Novruz bayramını qarşılamağa hazırdır.

Rayonun park, meydan və küçələri bəzədilib, Novruz atributları, çilçıraqlar və digər bəzəklər quraşdırılıb, eləcə də təmizlik işləri görülüb. Şamaxının girişində isə qonaqları 9 metr hündürlüyündə səməni qarşılayır.

Görülən işlər yerli əhali ilə yanaşı, rayona gələn qonaqların da marağına səbəb olub.

Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayon ərazisindən keçən hissəsində quraşdırılan Novruz atributları yoldan keçənləri ayaq saxlamağa vadar edir, onlar atributların yanında şəkillər çəkdirirlər.

Yeni salınmış dairəvi yol ətrafında və Heydər Əliyev Parkında da müasir işıqlandırma sistemləri tətbiq olunub, Novruz atributları, əyləncəli qurğular quraşdırılıb. Rayonun çıxışında isə hündürlüyü 5 metr olan səməni quraşdırılıb. Bayrama hazırlıq, şəhərin bəzədilməsi ən çox uşaqların sevincinə səbəb olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.