Cəmiyyət

İranda itkin düşmüş Fərid Səfərli fars dilini öyrənirmiş

10 Mart 2023 13:42
Baxış: 1 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda itkin düşmüş Azərbaycan vətəndaşı Fərid Səfərli fars dilini öyrənirmiş.

Milli.Az xəbər verir ki, bu barədə "report"a onun anası Dilarə Əskərova bildirib.

Onun sözlərinə görə, Fəridin sevdiyi xanım milliyətcə fars olduğu və onunla daha yaxşı ünsiyyət qura bilmək üçün fars dilini öyrənməyə başlayıb:

"Fərid utancaq uşaq olduğu üçün sevdiyi qız və onun milliyəti ilə bağlı məsələləri ailəsi ilə bölüşməyib. O, bu barədə dostları ilə danışırdı. Məsələ barədə biz də Fəridin dostlarından məlumat almışıq".

Dünən də Azərbaycanın Almaniyadakı səfirliyi ilə danışdığını deyən D.Əskərova bildirib ki, Fəridlə bağlı hansısa yeni bir məlumat yoxdur.

Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı 1997-ci il təvəllüdlü Fərid Səfərli İranda itkin düşüb. Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.