Cəmiyyət

Lənkəranda avtomobil hasara çırpılıb, iki nəfər xəsarət alıb

11 Fevral 2023 08:47
Baxış: 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lənkəranda avtomobil hasara çırpılıb, iki nəfər xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Lənkəran Boradigah yolunun, Lənkəran rayonunun Viravul kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Lənkəran şəhər sakini 1998-ci il təvəllüdlü Rəvan Rəşad oğlu Tağızadə idarə etdiyi "Chevrolet" markalı 90-OA-661 dövlət qeydiyyat nişanlı avtomobil Lənkəran istiqamətində hərəktdə olarkən Virulçayin üstündə yerləşən körpüdə idarəetməni itirib.

Avtomobil əvvəl dəmir çəpərə çırpılıb, sonra daş hasarı aşıraraq Virevul kənd sakini Rasət Babayevə mexsus həyətə girib.

Nəticədə sürücü və Lənkəran şəhər sakini, 1977 - ci il təvəllüdlü Rəvanə Əbdüləziz qızı Tağıyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

İlkin ehtimala görə, qəzanın baş verməsinə səbəb əlverişsiz hava şəraiti və havanın çiskin olması göstərilir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.