Nərimanovda bu binanın sakinləri mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının Nərimanov rayonunda 2 bloklu 16 mərtəbəli binanın sakinləri illərdir mənzillərinə çıxarış ala bilmirlər. 90 ailənin yaşadığı binanın sakinləri iddia edirlər ki, MTK sahibi dünyasını dəyişdiyindən prosesdə çətinliklər yaranıb. Bu isə onlar üçün problemlər yaradır.
Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət Nərimanov rayonu, Fətəli Xan Xoyski 90-92 ünvanında yerləşən "Səbinə" MTK-ya məxsus binadan gedir.
Sakinlər həm də MTK-nın fəaliyyətsizliyindən narazıdırlar. Onlar iddia edirlər ki, MTK sahibi dünyasını dəyişib və bina ilə maraqlanan yoxdur.
Sakinlər məsələni həll etmək üçün müştərək cəmiyyət yaratmağa qərar veriblər. Lakin bina istismara verilmədiyindən bu məsələdə də problemlə üzləşiblər. İddialara görə, MTK sahibi olmadığından və bu öhdəliyi üzərinə götürən şəxs isə məsələdən yayındığından problemi həll etmək mümkün olmur.
Məsələnin həlli üçün isə Bakı Dövlət Memarlıq və Tikinti Nəzarəti Müfəttişliyinə müraciət ediblər. Qurumdan bildirilib ki, MTK adından sakinlərin müraciəti olub, lakin prosesin icrası üçün tələb olunan sənədlərdə çatışmazlıq olduğundan məsələ yarımçıq qalıb.
Hüquqşünaslar isə deyirlər ki, MTK sahibi məsələdən yayındığı və ya lazımi sənədi verməkdən imtina etdiyi halda sakinlər məhkəməyə müraciət edə bilərlər.
Həmin videomaterialı təqdim edirik:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Cim Kerri gizli şəkildə evləndi
-
“44” bədii filmi oktyabrın 15-dən ölkənin bütün kinoteatrlarında - (Video)
-
Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür
-
Tramp ağcaqanadlarla bağlı fərman imzaladı - 90 faiz azaldılacaq
-
Azərbaycanda 17 yaşlı gənc infakrtdan öldü
-
Bu tarixlərdə meteor yağışı olacaq
-
Quba almasının qiyməti kəskin ucuzlaşdı
-
Məktəbdə dərs bölgüsü üstündə dava: Müəllim xəstəxanalıq oldu - (Yenilənib)
-
Azərbaycanda ezamiyyət qaydası dəyişdi - Yeni qərar
-
Leyla Quliyeva bu verilişi aparacaq
-
Tərtərdə “Mercedes” mikroavtobusa çırpıldı - Xəsarət alanlar var
-
Dönərxanalar üçün toyuq əti hazırlanan qanunsuz sex bağlandı
-
"Mançester"in çempionluq titulları ləğv olunur: Premyer Liqadan aşağı liqaya
-
Argentina Boliviyanı darmadağın etdi
-
Oktyabrda 9 gün iş olmayacaq - Tarixlər
-
Bağçada işləmək istəyənlərə şad xəbər
-
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
-
Spotify və TikTok Azərbaycanda vergi uçotuna alındı
-
Sərxoş sərnişin təyyarəni bir-birinə qatdı: Stüardessanı dişlədi
-
Rusiya dünyaya meydan oxudu: Nüvə bombasının görüntüləri yayımlandı - (Video)
-
Türkiyədə bələdiyyə sədri saxlanıldı
-
20 Yanvar və Moskva prospektində “manatlıq taksi”lərə qadağa - Səbəb açıqlandı
-
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana gətirildi
-
Kürdəmir “Günəş” şadlıq sarayındakı hadisə ilə bağlı yeni açıqlama





