Cəmiyyət

Şəmkirdə və Gədəbəydə dərmandan zəhərlənənlər var

28 Yanvar 2023 20:14
Baxış: 721
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəmkirdə yeniyetmə qız dərmandan zəhərlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. 2006-cı il təvəllüdlü Ş.Məmmədov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 17 yaşlı qız yaşadığı evdə dərman içərək özünü zəhərləyib. Onun hansı səbəbdən dərman içməsi məlum deyil.

Digər hadisə Gədəbəyin Zəhmət kəndində qeydə alınıb. Kənd sakini 1994-cü il təvəllüdlü A.Şəfiyə dərman zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib. Qadın hansı səbəbdən dərman içməsi məlum deyil. Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.