Talıbovun alim adını necə alması alimləri şoka saldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Seymur Talıbov hüquq üzrə fəlsəfə doktoru, dosentdir. Bir alim kimi onun elmi fəaliyyətini araşdırdım. Şokdayam. Bu adam 2012-ci ildə Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə qiyabi doktorantura təhsili alıb. 2013-cü ildə elmi işini müdafiəyə təqdim edib.
Milli.Az kult.az-a istinadla xəbər verir ki, bu fikirləri tarixçi alim Zaur Əliyev deyib.
"2012-2013-cü illər arası 14 "məqaləsi" çap edilib. İlə 7 məqalə yazıb və hamısı da çox nüfuzlu jurnallarda dərc edilib. Halbuki o jurnallarda məqalə çap etmək üçün alim 6 ay gözləməlidir. Amma bu "alim" qısa zamana ardıcıl məqalələr dərc edib. Azərbaycan elmində şok inqilab edən Seymur Talıbov cəmi il yarım ərzində işini bitirib, müzakirədən keçirib və müdafiə edib. Halbuki müzakirə-seminar və müdafiə üçün ən azı 6 ay vaxt lazımdır.
Proses belədir. Dissertasiya ən uzağı 2 ilə yazılır. 7 məqalə, üstəgəl biri xaricdə tələb edilir. Bunu da ancaq iki ilə etmək olar. Sonra aralarında 3 ay fərqlə iki müzakirə olmalıdır. Seminara qədər 3 ay, müdafiəyə də 1,5 ay. Sənədlər bir aya hazırlanır gedir Ali Attestasiya Komissiyasına. Orda da ən azı 6 ay işə baxılır. İndi özünüz hesablayın...
Dünyada belə alim yoxdur. İQ səviyyəsi 160-dan çox olan dünyanın nəhəng alimləri bir ilə dissertasiya və 14 məqalə yaza bilməz. Amma Seymur Talıbov "yazıb".
2014-cü ilin əvvəlində fəlsəfə doktoru diplomu alıb. Cəmi 2 aya. Orda təkcə ekspertlər 2 aya işi oxuyur, rəy verir. 2 ay ərzində texniki baxış keçirilir, Rəyasət Heyətinə çıxır. 1 ay ərzində işə baxılır. Sonra da növbəti ay ərzində diplom təqdim edilir. Özünüz hesablayın...
Dünyada elə adam yoxdur ki, sənədləri AAK-a versin və diplomunu belə qısa zamana alsın...
1 il 9 ay ərzində elmi iş götür, mövzunu təsdiqlə, Koordinasiya Şurasından keç, 14 məqalə, dissertasiya yaz, müzakirə-seminar-müdafiədən keç və diplomunu da al!
Əsl alimlər bilir ki, bu prosesi ən super-alim 3 ilə güclə çatdıra bilər. Amma Seymur Talıbov elmin supermenidir! Nobel düşür buna görə ona!" - alim bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar - (Foto/Video)
XƏBƏR LENTİ
-
Nə yaşıl, nə də qara: Ən sağlam çay məlum oldu
-
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)





