Bakının Sabunçu rayonunda 57 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Milli.Az "Report"a istinadən bildirir ki, 1966-cı il təvəllüdlü Tağıyeva Maisə Bahadur qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona müştərək travma və baş-beyin silkələnməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır .
Milli.Az