Bakıda avtomobillə vurulan qadın ağır xəsarət alıb

21 Yanvar 2023 08:04

Bakının Sabunçu rayonunda 57 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, 1966-cı il təvəllüdlü Tağıyeva Maisə Bahadur qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona müştərək travma və baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .

Milli.Az