Cəmiyyət

Bakıda ayaqqabı sexi yandı

19 Yanvar 2023 23:37
Baxış: 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən toxuculuq sexində baş verən yanğın olubb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yanğın elektrik naqillərində olan qısaqapanmadan yaranıb.

Suraxanı rayonunda ümumi sahəsi 600 kvadratmetr (hər mərtəbəsi 300 kvadratmetr, qeyri-yaşayış) olan ikimərtəbəli tikilinin 1-ci mərtəbəsində fəaliyyət göstərən ayaqqabı istehsalı sexində dəzgahın havalandırma qurğusu, 1 ədəd elektrik lövhəsi, 2 ədəd qoruyucu açar və 5 p.m kabel yanıb.

Sexin qalan hissəsi və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.