Cəmiyyət

Bayram günlərində 1307 nəfər xəstəxanaya yerləşdirilib

5 Yanvar 2023 12:24
Baxış: 1 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bayram günlərində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərib.

TƏBİB-dən Milli.Az-a verilən məlumata görə, 103 Çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.

Təcili tibbi yardım xidmətinə 31.12.2022-04.01.2023-cü illər ərzində ümumi çağırışların sayı 14 059, hospital olunanların sayı isə 1 307 olub.

Çağırışları sayı ən çox 01.01.2023-cü il (çağırış sayı 2 867, hospital olunanların sayı 284 olmaqla) və 03.01.2023-cü il (çağırış sayı 2 951, hospital olunanların sayı 285 olmaqla) qeydə alınıb.

Çağırış səbəbləri əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.