Cəmiyyət

Baş Prokurorluq Ağdaşda özünü yandıran şəxs barədə məlumat yayıb

29 Dekabr 2022 22:33
Baxış: 858
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi sosial şəbəkələrdə Qarabağ müharibəsi iştirakçısının özünü yandırmasına dair məlumat və videogörüntülər paylaşılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasında özünü yandırmış 1983-cü il təvəllüdlü Rəvan Fətəliyev ümumiyyətlə müharibə iştirakçısı olmamış, ona müharibə ilə əlaqədar əlillik təyin edilməmişdir.

İlkin araşdırma zamanı Rəvan Fətəliyevin pensiya ödənişi ilə bağlı özünü yandırması, əl və üz nahiyəsində I dərəcəli yanıq izlərinin olması və hazırda vəziyyətinin stabil, qənaətbəxş olması müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.

"Bir daha media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən bu kimi həssas mövzularla bağlı məlumatların yalnız dəqiqləşdirildikdən sonra yayılması xahiş olunur", - məlumatda qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.