Cəmiyyət

Bu il nikah sayı 60 mini ötdü, boşanmalar azaldı

29 Dekabr 2022 19:10
Baxış: 1 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində 4.7 milyona yaxın notariat hərəkətləri, 300 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib.

Bu barədə Ədliyyə Nazirliyində ilin yekunları bağlı keçirilən Kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, insanların həyatlarında əlamətdar hadisələr olan nikahın və doğumun sayı artıb:

"Nikahın sayı 60 mini ötüb, boşanma 10%-dək azalıb. Qeydə alınmış doğumun sayı isə 120 mini keçib, ölüm 23 faizədək enib.
Notariuslar tərəfindən aparılmış əməliyyatlar nəticəsində, o cümlədən bununla bağlı

tutulan vergi üzrə ümumilikdə 33 milyon manatdan çox vəsait dövlət büdcəsinə köçürülüb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.