Cəmiyyət

Metronun bu stansiyaları ilə bağlı MÜHÜM AÇIQLAMA

26 Dekabr 2022 22:10
Baxış: 1 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttindəki stansiyaların ətrafında yol-nəqliyyat infrastrukturunda əlavə tənzimləmə, optimallaşma aparıla bilər.

Milli.Az xəbər verir ki, bunu metronun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, yeni açılmış "Xocəsən" stansiyası ilə bağlı monitorinqlər aparılıb:

"Monitorinqlər göstərdi ki, proqnozlar özünü doğruldur. Stansiyanın birinci mərhələdə istifadəyə verilməsi doğru planlamadır və ona tələbat olacaq. Ən əsası, bu istiqamətdə yol-nəqliyyat infrastrukturunda əlavə tənzimləməyə də ehtiyac yaranacaq. Bu isə yaxın gələcəyin işi olacaq. Tək "Xocəsən" deyil, "Bənövşəyi xətt" üzrə stansiyaların ətrafında bunu etməklə optimallaşma aparıla bilər. Bunun üçün xəttin stansiyalarında da sorğularımız, monitorinqlərimiz, təhlillərimiz olacaq. Elə bu gün bir neçə təklif-təşəbbüs də eşitdik. Ən əsası, paytaxtın bir istiqaməti də ən sürətli nəqliyyata calandı".

Xatırladaq ki, dekabrın 23-də Prezident İlham Əliyev metronun 27-ci stansiyası olan "Xocəsən"in və eyni adlı deponun açılışını edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.