Cəmiyyət

Qarabağda yaşayan ermənilər ailəlikcə zorla mitinqə çağrılır

25 Dekabr 2022 12:30
Baxış: 1 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qanunsuz erməni dəstələri bu gün saat 14.00-da Xankəndində mitinq planlaşdırır. Lakin aksiyaya əhalini cəlb edə bilmirlər.

Milli.Az xəbər verir ki, Qarabağdakı qanunsuz erməni hərbçilərinə, hətta məzuniyyətdə olanlara belə tapşırıq verilib ki, özləri mülki geyimdə və ailə üzvləri ilə birlikdə mitinqdə iştirak etsinlər.

Qarabağda yaşayan sadə ermənilər ailəlikcə mitinqə zorla çağrılır.

Bir çoxlarına mitinqdə iştirakın məcburi olduğu barədə xəbərdarlıq edilir. Əsas məqsədin mitinqə mümkün qədər çox insan cəlb etmək olduğu bildirilir.

Müxtəlif sahədə çalışan ermənilərə mülki geyimlə mitinqdə iştirak etmək barədə göstərişlər verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.