İsa Həbibbəylidən xəbər var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bu barədə AMEA-dan məlumat verilib.
İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.
Əvvəlcə AMEA-nın müxbir üzvü Əminağa Sadıqova 60 illik yubileyi ilə bağlı AMEA-nın Fəxri fərmanı təqdim olunub.
İclasda müzakirəyə çıxarılan birinci məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında" 6 dekabr 2022-ci il tarixli Sərəncamı və qarşıda duran vəzifələr barədə olub. Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının 7 may 2021-ci il tarixli "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Akademik qeyd edib ki, bu Sərəncamın işığında Şuşada yenidən "Xarıbülbül" musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilib, Vaqifin muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı olub, Güllələnmiş heykəllər abidəsi, Xan qızı bulağı yenidən qurulub və digər ədəbi-mədəni tədbirlər həyata keçirilib.
2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-un iclasında Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsinin və bundan irəli gələrək ölkə başçısının müvafiq Sərəncam imzalamasının tarixi hadisə olduğunu deyən AMEA rəhbəri bildirib ki, bu addımla ilk növbədə Türk dünyasının və ümumilikdə bütün dünyanın gözü Şuşada həyata keçirilən geniş quruculuq işlərinə yönələcək və Türk dünyasının inteqrasiyasına öz əməli töhfəsini verəcək.
Bu Sərəncamdan irəli gələrək AMEA-nın da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirən akademik İsa Həbibbəyli Humanitar və İctimai Elmlər Bölməsinin müəssisələrinin baş direktorlarına həyata keçiriləcək tədbirlərlə bağlı təkliflərin hazırlanmasına dair müvafiq tapşırıqlarını verib. Həmçinin AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin türkiyəli həmkarlarının dəstəyi ilə Şuşada seysmoloji stansiyasının qurulmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Daha sonra AMEA-nın Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul olunub.
İclasın gündəliyində duran növbəti məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında" 28 noyabr 2022-ci il tarixli Sərəncamı və qarşıda duran vəzifələr haqqında olub. AMEA rəhbəri qeyd edib ki, sözügedən sənəddən irəli gələrək Akademiyada yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masa və seminarların keçirilməsi, Ulu Öndərin irsinə həsr olunmuş əsərlərin, kitablar və monoqrafiyaların nəşri nəzərdə tutulur.
Akademik İsa Həbibbəyli bu istiqamətdə AMEA-da "Heydər Əliyev və Azərbaycançılıq konsepsiyası", "Heydər Əliyev və Azərbaycanın neft strategiyası", "Bir millət, iki dövlət", "Heydər Əliyev: dahilik, zaman və müasirlik" mövzusunda beynəlxalq konfransların keçiriləcəyini, "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası", "Heydər Əliyev: şəxsiyyətin və fəaliyyətin miqyası", "Heydər Əliyev və Azərbaycan tarixi problemləri", "Təsviri sənətdə Heydər Əliyev obrazı" monoqrafiyalarının, "Azərbaycan alimlərinin Heydər Əliyevlə bağlı xatirələri" kitabının və Azərbaycanın "Qırmızı kitab"ının III cildinin hazırlanacağını söyləyib.
Bundan əlavə, Ulu Öndərin həyatı və fəaliyyətini bütün yönləri ilə əks etdirəcək "Heydər Əliyev Ensiklopediyası"nın (2023-2024-cü illərdə) hazırlanacağını diqqətə çatdırıb.
Sonra Rəyasət Heyəti tərəfindən "Heydər Əliyev Ensiklopediyası"nın Redaksiya heyəti və İşçi qrupunun tərkibi təsdiqlənib.
İclasda akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar AMEA-nın Tədbirlər Planı haqqında da müzakirələr aparılıb. Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının 3 noyabr 2022-ci il tarixli Sərəncamından irəli gələrək akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar AMEA-da Komissiya yaradılıb və elmi müəssisə və təşkilatlardan müvafiq təkliflər yığılıb. AMEA rəhbəri bildirib ki, təkliflər əsasında "Peşə patologiyalarının tədqiqi və müalicəsi: nailiyyətlər və aktual problemlər", "Görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyeva: vətəndaşlıq missiyası və həkimlik andı" mövzusunda yerli və beynəlxalq konfransların keçirilməsi, "Həyat Elmləri və Biotibb" jurnalının xüsusi nömrəsinin hazırlanması, akademik Zərifə Əliyevaya həsr olunmuş monoqrafiyanın və biblioqrafiyasının hazırlanması, çapı və digər tədiblərin həyata keçirilməsi planlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul olunub.
Daha sonra iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub. Akademik Rəhim Rəhimovun 100 illik yubileyi, Radiasiya Problemləri İnstitutunun əyani doktorantı Kənan Həsənovun Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna göndərilməsi və "Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyəti arasında 2022-2024-cü illər üzrə kollektiv Saziş"in təsdiq edilməsi haqqında qərarlar qəbul edilib.
İclasda aparılan müzakirələrdə akademiklər Arif Həşimov, İbrahim Quliyev, İradə Hüseynova, AMEA-nın müxbir üzvləri Musa Qasımlı, Qurban Yetirmişli, professorlar Kərim Şükürov, Habil Qurbanov, tarix elmləri doktoru Eynulla Mədətli və Vaqif Bəhmənli çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Anar Bayramov Şahin Hüseynovu yüksək vəzifəyə təyin etdi
-
Bakıda bağ evlərində istirahət qiymətləri: 13 min manat...
-
Deputatlar yayda harada dincələcəklər? - Özləri cavabladı
-
Əsgərimiz infarktdan öldü
-
Kamil Zeynallının qazi Aminlə zarafatı diqqət çəkdi - (Video)
-
Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb
XƏBƏR LENTİ
-
Makiyajın effekti: Əsas məhsullar və onların rolu
-
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
-
42 yaşlı azərbaycanlı aparıcı gözəlliyi ilə heyran etdi - (Video)
-
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
-
Qorxulu yuxular görməyin səbəbləri
-
Xiyarın möcüzəvi faydaları
-
Özbəkistanda ər arvadına qızıldan unitaz hədiyyə etdi - (Video)
-
Dünya çempionatı tarixinin 23 nəfərlik heyəti açıqlanıb
-
Biləcəridə avtobus dayanacağının zəbt olunduğu iddia edilir (Video)
-
Sevil-Sevincin qardaşının ailəsi ilə fotoları maraq yaratdı - FOTOlar
-
Misir 1/8 finalda - DÇ-2026
-
İntuitiv qidalanma nədir? İntuitiv qidalanma necə tətbiq olunur?
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səmimi olun.
-
Ömrü qısaldan qidalar - Həkimlər uzaq durmağı tövsiyə etmir
-
Mətanət: "Gecə 12-nin yarısı oğlumun xəbəri yoxdur ki, evə gəlmişəm"
-
Zaqataladakı qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib
-
Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"
-
Ronaldonun yeni məşqçisi bəlli oldu
-
"Qalatasaray" Premyer Liqanın ulduzunu heyətə qatmağa yaxındır (Foto)
-
Anar Bayramov Şahin Hüseynovu yüksək vəzifəyə təyin etdi
-
Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod testi
-
"Eşref Rüya"nın Nusreti parik və eynəklə tanınmaz oldu (Foto)
-
"İsrail üçün ən yaxşı prezident mən olmuşam"
-
Xalq artisti Elçin Haşımovun qızı məzun oldu (Foto)





