Cəmiyyət

Havanın soyuması koronavirusa yoluxmanı artıracaq?

17 Noyabr 2022 19:06
Baxış: 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlərdə havanın kəskin şəkildə dəyişməsi insanların təşvişə düşməsinə səbəb olub. Belə ki, insanlar havanın soyumasının koronavirusa yoluxma sayının artmasından narahatdırlar.

Görəsən havanın kəskin şəkildə soyuması koronavirusa yoluxma sayınıın artmasına səbəb olar bilərmi?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı lent.az-ın əməkdaşı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazova müraciət edib.

Təyyar Eyvazov bildirib ki, soyuq havalarda o cümlədən koronavirus infeksiyasına da yoluxma sayı arta bilər:

"Lakin kollektiv immunitet bunu əngəlləyən səbəbdir. İstər koronavirusa, istərsə də digər fəsli respirator virus infeksiyalarına yoluxmanın daha az baş verməsi üçün insanlar universal qorunma tədbirlərinə (maskanın geyilməsi, məsafənin gözlənilməsi və s.) mümkün qədər riayət etməli, vaksinasiya prosesini tamamlamalı, vitamin və minerallarla zəngin qidalar qəbul etməli, evdən bayıra çıxdıqda havanın temperaturuna uyğun geyinməli, hipodinamiya, stresslə mübarizə aparmalı, zərərli adətlərdən imtina edərək sağlam həyat tərzini seçməlidir". 

İnfeksionistin fikirlərinə görə, xroniki xəstəliyi olan şəxslər isə bundan başqa həkimə müraciət edib xəstəliklərin fəsillə əlaqədar kəskinləşməsi baş verdikdə müvafiq müalicə almalıdırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.