Cəmiyyət

Avtomobillərin sığorta haqları artıb - VİDEO

15 Noyabr 2022 17:27
Baxış: 1 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabr ayından etibarən avtomobillərin bir illik sığorta haqqı yeni qaydalarla hesablanır. İddialara görə bu, bəzi hallarda əvvəlki hesablama qaydası ilə müqayisədə baha başa gəlir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, oktyabr ayına qədər yalnız baza sığorta haqqı, avtomobilin növü və bonus-malus sinfinə görə 3 əmsal bir-birinə vurulurdu. İndi isə 7 fərqli əmsal bir-birinə vurulur. Yeni qaydalarda baza sığorta haqqı məbləği əvvəllər olduğu kimi 50 manat həcmində müəyyən edilib, amma qiymətə təsir edən digər əmsallar var.

Sürücülük təcrübəsi və sürücünün yaşına görə əmsallar 1-1. 35, əraziyə görə əmsallar isə 0.95-1.05 arasında dəyişir. İstismar ili 10 ildən 20 ilə qədər olan avtomobillərin sığorta haqqı əlavə olaraq 1.05 əmsalına, 20 ildən çox olduqda isə 1.1 əmsalına vurulur. Əgər avtomobili 2 və daha çox şəxsin idarəetmə hüququ varsa, bu zaman sığorta haqqı əlavə olaraq 1.15 əmsalına da vurulmalıdır. Sonda isə bu əmsalların hamısı bir-birinə vurulur və avtomobilin bir illik sığorta haqqı ortaya çıxır.

Ekspert deyir ki, yeni qaydaların tətbiqində məqsəd yol-nəqliyyat hadisələrinin sayını maksimum azaltmaqdır. Yeni qaydalar ümumilikdə hadisəsiz sürücülərin daha çox işinə yarayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.