Cəmiyyət

Rəşad Dağlı tanışına 14 bıçaq zərbəsi vurub - MƏHKƏMƏ

10 Noyabr 2022 22:17
Baxış: 1 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) tanışı İskəndər Mehtiyevə ümumilikdə 14 bıçaq zərbəsi vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Qaradağ Rayon Məhkəməsində istintaq materialları elan edilərkən qeyd olunub.

Hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə meyxanaçı özünü təqsirli bilib.

O deyib ki, hadisə zamanı İ.Mehtiyevin əlində bıçaq olub: "Özümü müdafiə etməyə çalışdım. Birinci zərbəni onun ürək nahiyəsinə vurmuşam, digərlərini isə xatırlamıram".

Xatırladaq ki, bu gün Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

R.Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.