Cəmiyyət

Növbəti il avtobuslarda gediş haqqı ARTIRILACAQ - “Təzyiqlə saxlansa, keyfiyyət aşağı düşəcək”

30 Oktyabr 2022 02:06
Baxış: 2 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ictimai nəqliyyatda qiymətlərdəki dəyişikliklərlə bağlı məsələ aktual olaraq qalır.

Rəsmi qurumlar indiki halda qiymətlərin bahalaşmayacağını bəyan etsələr də, növbəti ildə gözləntilərin fərqli olacağı söylənilir. 

Qeyd edək ki, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda ictimai nəqliyyatda qiymətlərin artırılmasının dövlət üçün ən arzuedilməz variant olduğunu açıqlayıb. 

Milli.Az xəbər verir ki, iqtisadçı-ekspert Rəşad Həsənov isə bizim.media-ya açıqlamasında qiymət artımı ilə bağlı ciddi səbəblərin formalaşdığını vurğulayıb:

"Təbii ki, hökumət yanacaq və digər xərclərin artımı səbəbindən yaranmış xərc yükünün neytrallaşdırılması və kampensasiya edilməsi ilə bağlı mövqe ortaya qoymasa, böyük ehtimalla yaxın müddətli dövrdə kütləvi sərnişindaşımada qiymətlərin indiki həddə saxlanması mümkün olmayacaq. Hətta təzyiq və ya administrativ yollarla qiymətlər bu şəkildə saxlansa belə, xidmətin keyfiyyətinin sürətlə pisləşməsini müşahidə edəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.