Cəmiyyət

Bu yol nişanı sürücülərin çaşqınlığına səbəb olur - VİDEO

24 Oktyabr 2022 16:04
Baxış: 1 599
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yevlax rayonunda yol nişanlarından biri sürücülərin çaşqınlığına səbəb olub. Məsələ ondadır ki, nişana əsasən ərazidə sürət həddi ''09'' km/saat göstərilir. Sürücülərin sözlərinə görə, sözügedən nişan bir müddətdir ki,  Mingəçevir-Bəhramtəpə yolunun Yevlaxdan keçən hissəsindədir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Mingəçevir- Bəhrəmtəpə yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində sürücülər maraqlı yol nişanı ilə qarşılaşır.

Yolda sürət həddi ''09'' km/saat göstərilir. 

Həmin yoldan istifadə edənlər belə vəziyyəti maraqla qarşılasalar da, nişanın yarada biləcəyi problemlərə diqqət çəkiblər. Sürüclərin sözlərinə görə, bu hal qayda pozuntularına səbəb ola bilər. 

Məsələ ilə bağlı "Siqnal" İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin 6 saylı Mingəçevir regional sahəsindən bildirilib ki, sürücülərin narahatlığı haqlıdır. 

Qeyd edilib ki, yol nişanı naməlum şəxs və ya şəxslər tərəfindən zədəli duruma salınıb. Tez bir zamanda bərpa olunacaq. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.