Cəmiyyət

Arvadını qısqanan şəxs onu öldürmək istədi

22 Oktyabr 2022 08:54
Baxış: 896
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabirabadda həyat yoldaşını öldürməyə cəhddə günahlandırılan şəxs tutulub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, oktyabrın 20-si Sabirabad rayonu ərazisində 1996-cı il təvəllüdlü Təhminə İsayevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Asəf İsayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Təhminə İsayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Asəf İsayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.