Cəmiyyət

“İmam Mehdi gələndə ədaləti bərpa etmək üçün gərək birinci İrandan başlasın”

21 Oktyabr 2022 11:46
Baxış: 1 324
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"30 il Azərbaycanın İslam dəyəri təhqir olunanda niyə İran hərəkətə gəlmirdi? Əgər imam Mehdinin adından istifadə edirlərsə, Mehdi gələndə ədaləti bərpa etmək üçün gərək birinci İrandan başlasın".

Milli.Az report-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin oktyabrın 21-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

"İşğaldan azad olunan ərazilərdə hərbi bazaların deyil, hava limanlarının, yaşayış yerlərinin olması nümunəvi addımdır. İranın Arazın kənarında hərbi təlimlər keçirməsi nəyə lazımdır? Bu artistliyin heç bir yeri yoxdur", - o, əlavə edib.

Deputat qeyd edib ki, bu addımlarla İran heç kimə hədə-qorxu gələ bilməz:

"30 il Azərbaycanın İslam dəyəri təhqir olunanda niyə İran hərəkətə gəlmirdi? Əgər imam Mehdinin adından istifadə edirlərsə, Mehdi gələndə ədaləti bərpa etmək üçün gərək birinci İrandan başlasın. Ona görə də Türkiyə və Azərbaycan rəhbərliyinin Zəngilanda görüşməsi qardaşlığımızın, tək olmadığımızın növbəti sübutu oldu".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.