Cəmiyyət

Qarabağ beynəlxalq idman yarışlarının mərkəzinə çevrilir - VİDEO

20 Oktyabr 2022 15:48
Baxış: 1 045
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müxtəlif sahələrdə böyük potensiala malik olan işğaldan azad olunmuş ərazilərimizdən düşmən uzun illər ərzində  müxtəlif məqsədlər üçün istifadə edib. Artıq öz sahiblərinə qayıdan torpaqlarımızda fərqli mənzərənin şahidi oluruq. Dünyada sülh, sağlamlıq rəmzi kimi qəbul olunan idman yarışları da bölgəyə yenidən ayaq açır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Suqovuşan artıq 2-ci dəfə beynəlxalq idman yarışına hazırlaşır. Bərpa-quruculuq işləri çərçivəsində əsrarəngiz təbiətə malik məkanda avarçəkmə üzrə yarışların keçirilməsi üçün yüksək şərait yaradılıb. Oktyabrın 21-də Suqovuşan su anbarında kayak və kanoe üzrə beynəlxalq yarış keçiriləcək. Yarışda Azərbaycanla yanaşı Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Turkiyə, Özbəkistan və Ukrayna komandaları çempionluq uğrunda mübarizə aparacaqlar.

Azərbaycan Avarçəkmə Federasiyasının mətbuat üzrə nümayəndəsi Vüsal Qurbanov deyib ki, işğaldan azad olunmuş ərazilərdə idman yarışlarının keçirilməsinın böyük əhəmiyyəti var. Çünki Azərbaycan bununla həm də dünya ictimaiyyətinin diqqətini işğaldan azad olunmuş ərazilərimizə yönəldir. Xarici idmançılar dağıdılmış, talan edilmiş ərazilərimizdə qısa müddətdə hansı işlərin görüldüyünün canlı şahidi olurlar.

Vüsal Qurbanov bildirib ki, bu yarışlar Qarabağın mötəbər idman yarışlarının keçirildiyi mərkəzə çevirilməsi üçün ilk addımlardır. İdman infrastrukturunun yenidən qurulması ilə bütün dünya bölgənin hanıs potensiala malik olduğunu biləcək. Gələcəkdə digər ərazilərdə də beynəlxalq yarışların təşkli nəzərdə tutulur ki, bu da Azərbaycanın Qarabağdan yalnız xoş məqsədlər üçün istifadə etdiyini göstərəcək.

Qeyd edək ki, Suqovuşan su anbarında ilk beynəlxalq yarış bu ilin may ayında keçirilib. Yarışa 100-dən artıq idmançı qatılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.