Cəmiyyət

Məhərrəm Novruzov bu dəfə qanunu pozmaqla gündəmdə - FOTO

18 Oktyabr 2022 08:30
Baxış: 1 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qurtuluş 93 Yaşayış Kompleksi" MMC məhkəməlik olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin tələblərini pozan şirkət barəsində protokol tərtib edilib.

Şirkət "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə ittiham olunur.

İddia təsdiqini taparsa, şirkət rəhbərliyini beş min manat məbləğində cərimə gözləyir. İşə Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, "Qurtuluş 93" MTK-nın rəhbəri Məhərrəm Novruzovdur. Məhərrəm Novruzov ötən il kürəkəni Elşad Kəlbəliyevin sərxoş vəziyyətdə idarə etdiyi "Range Rover"lə Novxanı-Sumqayıt yolunda törətdiyi və 4 nəfərin öldüyü qəzayla gündəmə gəlmişdi. Bu hadisədən bir ay sonra isə M.Novruzovun xanımı Gülnar Hüseynova "Mercedes Galandewagen"lə Abşeronda qəza törətmiş, nəticədə iki nəfər yaralanmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.