Cəmiyyət

Şəhid Murad Nağıyev haqqında bədii filmin təqdimatı baş tutdu

16 Oktyabr 2022 15:32
Baxış: 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəhid Murad Nağıyev haqqında bədii filmin təqdimatı baş tutub

"Qayıtsaydım" adlanan filmin 16 oktyabr 2022-ci il tarixində Park Cinema Alov Qüllələri kinoteatrında nümayişi keçirilib.

Nümayişdə şəhid ailələri, müharibə qaziləri və müxtəlif media nümayəndələri iştirak edib. 

Fillmin prodüseri Kamran Ağabalayev, rejissoru isə Ramil Ağasıyevdir.   Quruluşçu operatoru Tariel Hacızadə, montaj rejissoru Əhməd Heybətovdur.

Muradın həyatını onun gözündən təsvir edən, Kamran Ağabalayevin Muradın şeirlərini səsləndirdiyi, onun dilindən danışdığı filmin çəkilişləri Bakı, Şuşa, İstanbul və İzmir şəhərlərində həyata keçirilib.

Leytenant Murad Nağıyev 9 fevral 1997-ci ildə Qazax rayonunda anadan olub.
O, Türkiyənin nüfuzlu Kuleli hərbi liseyində, həmçinin Quru Qoşunları akademiyasında təhsil almış, müxtəlif yerlərdə hərbi təlimlərdə və toplanışlarda iştirak edib.

Murad Nağıyev 27 sentyabrda başlayan Vətən müharibəsinə elə həmin gün yollanmış, komandirlərinin əmrlərinə və rütbəcə yoldaşlarının israrlarına baxmayaraq döyüşə ən ön sıralarda atılıb.

O, tank komandiri olaraq Kənd Horadizin alınmasında şücaət göstərmiş, Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətlərindəki döyüşlərdə düşmənin xeyli sayda strateji obyektini, zirehli texnikasını və 50-yə yaxın şəxsi heyətini məhv etmiş, düşmən texnikasını qənimət götürüb.

Murad Nağıyev oktyabrın 11-də Cəbrayıl istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. O, oktyabr ayının 20-də İkinci Fəxri xiyabanda dəfn olunub.

Leytenant Murad Nağıyev vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərə qatılaraq vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.