Bakının Yasamal rayonunda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, 2003-cü il təvəllüdlü Hüseynova Lalə Rövşən qızı yolu keçərkən onu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bəbənin müştərək travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Milli.Az