Bakıda 19 yaşlı gənc qızı avtomobil vurub

15 Oktyabr 2022 23:26

Bakının Yasamal rayonunda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, 2003-cü il təvəllüdlü Hüseynova Lalə Rövşən qızı yolu keçərkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bəbənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az