Cəmiyyət

Avtoyuma məntəqələrində qiymətlər bahalaşdı - VİDEO

14 Oktyabr 2022 16:36
Baxış: 1 231
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtdakı avtoyuma məntəqələrində qiymətlər artıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sürücülərin sözlərinə görə, bəzi yerlərdə bu artım 1-2 manat, bəzilərində isə 10-15 manatadək özünü göstərir.

Avtoyuma məntəqələrində çalışanlar deyirlər ki, avtomobilin tipinə və yuyulmada istifadə olunan dərmanların keyfiyyətinə görə xidmətin qiyməti dəyişir. Onların sözlərinə görə, həmin dərmanların da qiyməti artıb. Suya qatılan maddələr 30-40 faiz bahalaşaraq 130-280 manat aralığında satılır.

Avtoyuma məntəqəsində çalışanlar bildirirlər ki, avtomobillərin tam təmizlənməsi sedanlarda 6-10 manat, ciplərdə 10-15 manat arasında dəyişir. Avtomobilin sadəcə xaricdən yuyulub təmizlənməsində isə bundan 2-5 manat ucuz başa gəlir. Bəzi yerlərdə isə ümumi yuyulmanın qiyməti hətta 30 manata çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.