Cəmiyyət

"Ölkədə bəzi dərmanlar tapılmır" - Rüfət Quliyev

11 Oktyabr 2022 21:36
Baxış: 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda bir aydan çoxdur ki, adrenalin adında dərman tapılmır".

Bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

"Bununla bağlı mənə həkimlərdən müraciətlər daxil olub. Adrenalin tapılmadığına görə, xəstəxanalarda cərrahi əməliyyatlar apara bilmirlər. Onun qiyməti 1,5 manat olsa da, işbazlar süni şəkildə 200 manata qədər qaldırıb, "qara bazar"da satırlar. Bundan başqa, apteklərdə qlükoza və fizioloji məhlul da yoxdur. Düzdür, bu mallar Ukraynadan gəlir, amma onları Türkiyədən də rahatlıqla əldə etmək olar", - deyə o, qeyd edib.

Milli Məclisin digər deputatı Rəşad Mahmudov da deyib ki, Rusiya-Ukrayna müharibəsinə görə, Azərbaycanda bəzi dərmanlarla bağlı problem yaşanır: "Çünki, post-sovet məkanında əsas dərman istehsalçıları bu iki ölkədir. Həmin dərmanları Türkiyə və başqa ölkələrdən idxal etmək isə o qədər də asan deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.