Cəmiyyət

Azərbaycanda istiliyin qiyməti dəyişəcək? - VİDEO

8 Oktyabr 2022 08:00
Baxış: 963
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il binaların istilik təchizatı ilə bağlı tariflərdə dəyişiklik edilməyəcək. "Azəristiliktəchizat" qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib. Cari ildə də bir kvadratmetr yaşayış sahəsi üçün istilik xidmətinin qiyməti əhali qrupuna 15 qəpik, qeyri-əhali qrupu üçün isə 25 qəpik olacaq.

Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki,  məlumatına görə, bu barədə "Azəristiliktəchizat" ASC sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov keçirdiyi mətbuat konfransında deyib.

Qurum rəsmisi ölkə üzrə istiliyin verilməsi tarixinin dəyişdirilib-dəyişdirilməyəcəyi məsələsinə də münasibət bildirib.

Hər il istiliyin verildiyi mövsümdə çıxan problemlərin vaxtında aradan qaldırılması ilə bağlı məsələyə toxunulub.

Qeyri-əhali qrupunun məhdud sayda sayğaclaşdırılması həyata keçirilsə də, əhali qrupunun sayğaclaşdırılması hələ ki gündəmdə deyil. Bu il üçün yenilik isə ondan ibarətdir ki, paytaxtın Xətai rayonunda modernləşdirilən 16 qazanxana sayəsində rayon ərazisində 200-dən çox yaşayış binası normal istiliklə təmin olunacaq.

Ramil Məhərrəmov onu da əlavə edib ki, təmsil olunduğu qurumun "Azəriqaz"a olan borcu da bu ilin sonunadək ödənəcək. Artıq bu il üçün borcun 90%-i qaytarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.