Cəmiyyət

Universitet rəhbərinin səs yazısı: “Hamınızı pis günə qoyacağam”

7 Oktyabr 2022 16:16
Baxış: 1 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru vəzifəsini icra edən Yaşar Ömərovun tabeliyində çalışan işçiləri təhdid edən audioyazısı ortaya çıxıb.

Milli.Az xəbər verir ki, bununla bağlı yenisabah.az saytı məlumat yayıb.

İddia edilib ki, Yaşar Ömərov vəzifəsinin icrasına başlayandan dərhal sonra keçmiş rektor Akif Süleymanova yaxınlığı ilə tanınan bütün kadrları işdən azad etməyə başlayıb.

O, hətta universitetin xanım əməkdaşlarını da təhdid edib. Yaşar Ömərov əməkdaşlardan öz ərizələri ilə işdən getmələrini tələb edir:

"Hələ iki həftə buradayam. Gedib bu şad xəbəri Akif müəllimə çatdıra bilərsiniz. Yaxşısı budur ki, ərizənizi yazıb öz xoşunuzla işdən gedin, yoxsa sonra hamınızı pis günə qoyacağam".

Həmin səs yazısını təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.