Cəmiyyət

Azərbaycanda prokurlar hansı qurumları araşdırıblar?

1 Oktyabr 2022 08:12
Baxış: 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prokurorluq orqanlarının digər qurumlar üzrə məhkəmələrə göndərdiyi cinayət işlərinin sayı açıqlanıb.

Bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev rəsmi mətbuata məqaləsində bildirib.

"1 oktyabr 2021-ci il tarixdən bugünədək prokurorluq orqanları tərəfindən daxili işlər orqanları üzrə 30 732, vergi orqanları üzrə 1 375, ədliyyə orqanları üzrə 988, sərhəd xidməti üzrə 321, gömrük orqanları üzrə 245, dövlət təhlükəsizliyi orqanları üzrə 82, fövqəladə hallar orqanları üzrə 47 cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik həyata keçirilib.

"Həmin işlərdən daxili işlər orqanları üzrə 12 279, ədliyyə orqanları üzrə 402, gömrük orqanları üzrə 93, vergi orqanları üzrə 74, sərhəd xidməti üzrə 69, dövlət təhlükəsizliyi orqanları üzrə 22, fövqəladə hallar orqanları üzrə 2 cinayət işi prokurorluq tərəfindən ittiham aktı təsdiq edilərək baxılması üçün müvafiq məhkəmələrə göndərilib", - Baş prokuror qeyd edib.

Eyni zamanda ibtidai araşdırmaya prosessual rəhbərlik sahəsində ötən dövr ərzində daxili işlər orqanları üzrə 2 054, vergi orqanları üzrə 33, gömrük orqanları üzrə 12, sərhəd xidməti üzrə 12, fövqəladə hallar orqanları üzrə 2, dövlət təhlükəsizliyi orqanları üzrə 1 prosessual qərar ləğv edilmiş, həmçinin daxili işlər orqanları üzrə 896, sərhəd xidməti üzrə 138, vergi orqanları üzrə 18, gömrük orqanları üzrə 5, fövqəladə hallar orqanları üzrə 4, dövlət təhlükəsizliyi orqanları üzrə 1 cinayət işi üzrə yazılı göstəriş verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.