Cəmiyyət

Minaların təmizlənməsi üzrə qadınlardan ibarət qruplar yaradıla bilər

28 Sentyabr 2022 16:04
Baxış: 1 137

BMT İnkişaf Proqramı Azərbaycanda minaların təmizlənməsi fəaliyyətinə dəstəyini davam etdirəcək.

Bunu Trend-ə BMT İnkişaf Proqramının Azərbaycandakı daimi nümayəndəsi Çaru Bist deyib.

"Bizim Azərbaycan Minatəmizləmə Agentliyi ilə birgə planlaşdırdığımız yeni prioritetlərdən biri minalardan təmizləmə fəaliyyətinin gender və ekoloji komponentləridir. Gender komponenti qadınların dağ işləri sahəsində roluna diqqət yönəldir. Bununla əlaqədar olaraq minaların təmizlənməsi üzrə qadın qruplar yaradıla bilər", - deyə o bildirib.

Ç.Bist əlavə edib ki, minaların təmizlənməsi prosesinin ətraf mühitə təsiri ilə bağlı tədqiqatlar aparılıb.

"Hazırda minaların təmizlənməsi Azərbaycan hökuməti üçün vacib prioritetdir. BMT İnkişaf Proqramı Azərbaycan Minatəmizləmə Agentliyinin çoxillik tərəfdaşıdır. Ötən müddət ərzində biz mina probleminin həlli üçün müxtəlif beynəlxalq təşkilatlarla birgə iri həcmdə maliyyələşdirmə təmin etmişik", - Ç.Bist deyib.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics