Cəmiyyət

Hər gün Şəhidlər xiyabanında məzarları təmizləyən şəxs kimdir?

25 Sentyabr 2022 23:02
Baxış: 3 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən uğurunda ən uca zirvəyə yüksələn şəhidlərimizin məzarlarını təmizləyir, gülləri yeniləyir. İsmayıl bu missiya üçün hər gün yorulmadan Sumqayıtdan Bakıya, Şəhidlər xiyabanına üz tutur. İnternat evində oxuyan İsmayıl müqəddəs amal uğurunda şəhid olanları bu dünyada sanki qorumağa çalışır...

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, Sumqayıtda yaşayan İsmayıl Həsənəliyev vaxt aşırı burdakı şəhidlər xiyabanında da təmizlik işləri aparır.
İsmayıl deyir ki, Şəhidlər xiyabanında təmizliklə kifayətlənmir. Tez-tez şəhid ailələrini də ziyarət edir. O, yaşadığı binanın yaxınlığında üzərində şəhidlərin şəkilləri olan löhvə də quraşdırıb.

İsmayıl torpaq uğurunda canından keçən şəhidləri qəlbində daima yaşadacağına söz verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.