Doğma Vətənlə döyünən ürək əbədiyyətə qovuşdu - Azərbaycanın yaxın dostu Arye Qut
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Arye Qut Bakıda doğulmuşdu. Orta və ali təhsilini də Bakıda almışdı. Son illər isə İsraildə yaşayırdı, amma ürəyi daim doğma vətənlə - Azərbaycanla döyünürdü. Azərbaycanın yaxın dostu idi. Onun ictimai-siyasi fəaliyyəti, diaspor sahəsindəki xidmətləri, Qarabağ həqiqətlərinin, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətindəki səyləri danılmaz və təqdirəlayiqdir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Arye Qut həm də uzun illərdir jurnalist fəaliyyəti ilə məşğul olub. Arye Qut həmçinin bir neçə il Trend BİA-nın İsrali nümayəndəliyində çalışıb. Onun məqalələri Azərbaycan mətbuatı ilə yanaşı dünyanın nüfuzlu media qurumlarında yayımlanırdı. Son dövrlərdə isə İsrailin dövlət radiosunda "Radio Reka"( rus dilində), "Reşet Bet" (ivrit dilində) və İsrailin televiziya kanallarında daimi siyasi şərhçi kimi çıxış edirdi.
Arye Qut həmçinin İsrailin hərbi sənaye kompleksində çalışırdı və bu strukturda post Sovet məkanında olan ölkələr sahəsində nüfuzlu mütəxəssislərindən biri hesab olunurdu. O, Türkiyə-İsrail münasibətlərinə, İsrail və Azərbaycan strateji tərəfdaşlığa, Cənubi Qafqazda geosiyasi vəziyyətlə bağlı, Ermənistanın Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalələrin müəllifidir. 2016-cı ildən Arye Qut Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərirdi. Eyni zamanda "İsraildə Azərbaycan Evi - Gələcəyə Ümid" təşkilatının icraçı direktoru idi.
Arya Qut Ermənistanın 30 ilə yaxın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətini, erməni quldurlarının xalqımıza qarşı törətdiyi soyqırım cinayətlərini, vandalizm və vəhşilik əməllərini bütün dünyaya car çəkən həmyerlimiz idi. Onun müxtəlif vaxtlarda yazdığı araşdırma məqalələr, çap etdirdiyi kitablar erməni vəhşiliyinin əsl simasını bütün dünyada tanıdıb. Xüsusilə də ermənilərin Xocalıda xalqımıza qarşı törətdikləri dəhşətli qətliamlara ədalətin tələb edilməsi istiqamətində çox böyük işlər görüb. Onun "Ağrı" romanı rus, ingilis və italyan dillərində çap olunaraq dünyanın müxətlif ölkələrində yayılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2020-ci il tarixli sərəncamı ilə Arye Qut "Dostluq" ordeni ilə təltif edilib.
Arye Qutun uzun sürən ağır xəstəlikdən sonra vaxtsız vəfatı Azərbaycan ictimaiyyəti tərəfindən dərin üzüntü və kədərlə qarşılanıb. Allah rəhmət eləsin!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə





