Cəmiyyət

Şəhid Rəşad Qənbərli Cəlilabadda dəfn edildi

16 Sentyabr 2022 22:31
Baxış: 1 422
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cəlilabad rayon sakini, Qənbərli Rəşad Əlizamin oğlu dəfn olunub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, şəhidlə Uzuntəpə kəndində vida mərasimi keçirilib.

Daha sonra şəhid Uzuntəpə kənd qəbirstanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəsmiləri, şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, şəhid R.Qənbərli 1996-ci ildə Cəlilabad rayonunda anadan olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.