Cəmiyyət

Əmək Məcəlləsində dəyişiklik edilir

12 Sentyabr 2022 17:02
Baxış: 1 438
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İşçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi ilə bağlı Əmək Məcəlləsində dəyişiklik edilir.

Parlamentdən verilən məlumatda qeyd edilir ki, işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi aktual məsəllərdən biridir. Bu günlərdə dövlət başçısının qanunvericilik təşəbbüsü hüququ ilə Milli Məclisə təqdim etdiyi "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində bu məsələ öz əksini tapıb.

Ölkəmizin uğurlu inkişafının əsaslarından biri müasir texnologiyaların imkanlarından istifadə etməklə vətəndaşların bilik və bacarıqlarının artırılması yolu ilə yüksək peşəkarlığa malik kadr potensialının yaradılmasıdır. Məcəllədəki dəyişikliklər də məhz bu sahədə müasir əmək bazarının mövcud resurslarından məqsədyönlü istifadə edilməsinin hüquqi tənzimlənməsini nəzərdə tutur.

Təklif olunan dəyişikliklər nəticəsində iş yerlərində işçilərin peşə hazırlığının səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi, habelə ixtisasının artırılması stimullaşdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.