Cəmiyyət

Uşaqlara işgəncə verənlər ev dustağı edildi

5 Sentyabr 2022 19:54
Baxış: 2 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mehnur" loqopedik mərkəzinin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində istintaq orqanı tərəfindən verilən təqdimat təmin olunub.

Milli.Az xəbər verir ki, onların hər üçü barəsində vəzifədən kənarlaşdırma və ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 2 gün öncə "Neftçilər" metrostansiyasının yaxınlığında yerləşən "Mehnur" loqopedik mərkəzində azyaşlı uşaqlara işgəncə verilməsinə dair görüntülər yayılmışdı. Mərkəzin xüsusi qayğıya ehtiyacı olan, əsasən nitq və əqli məhdudiyyətli uşaqların reabilitasiyası üçün fəaliyyət göstərən mərkəzdə videoda uşaqların saçlarının yolunduğu, onlara fiziki əzab və işgəncə verildiyi görünür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.