Cəmiyyət

Neftçalada avtomobil marketə çırpılıb, ölən və xəsarət alanlar var - FOTO

3 Sentyabr 2022 23:43
Baxış: 740
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Neftçalada ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Aşağı Surra kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Xıllı qəsəbə sakini İbrahim İbrahimovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil əvvəlcə yolun kənarında dayanmış "KİA" markalı avtomobilə, sonra isə mağazaya çırpılıb. Hadisə zamanı "VAZ-2106"-nın sərnişinləri, Xıllı qəsəbə sakinləri - 43 yaşlı Mədinə Babayeva, 3 yaşlı Nərminə Babayeva və 7 yaşlı Ləman Məmmədova müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, L.Məmmədova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory