Cəmiyyət

Məzunlarının hamısı tələbə adını qazanan sinif - VİDEO

3 Sentyabr 2022 14:24
Baxış: 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən orta məktəblərin bir sinfinin məzunlarının hamısı Azərbaycanın müxtəlif ali məktəblərinə qəbul olublar.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Bakının Sabunçu rayonundakı 90 nömrəli tam orta məktəbin 11A sinfini bitirən 14 məzunun hamısı 2021-2022-ci tədris ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək tələbə adını qazanıblar.

Sinif rəhbəri Mailə Xankişiyeva şagirləri ilə qürur duyduğunu deyib.

Gəncə şəhərindəki Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin 11B sinfini bitirən 17 məzunun da hər biri tələbə adını qazanıb. Sinif rəhbəri Jalə Məmmədova deyib ki, məzunların belə bir uğura imza atmalarına əmin imiş.

Qeyd edək ki, 39 saylı tam orta məktəbin məzunlarından 4-ü 500-dən, 2-i isə 600-dən artıq bal toplayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.