Cəmiyyət

Bakıda 10 manata 2 fincan çay?

30 Avqust 2022 23:39
Baxış: 1 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın keçmiş xarici işlər naziri, hazırda Bosniya və Hersoqovinadakı səfiri Vilayət Quliyev öz sosial şəbəkə hesabında maraqlı paylaşım edib. O, Bakıdakı kafe-restoranlarında qiymətlərin astronomik həddə olmasından şikayətlənib.

Eks nazir aşağıdakıları yazlb: "Varşavanın mərkəzində beş seçimdən birini edib 10 manata belə müxtəlif çeşidli səhər yeməyi sifariş vermək mümkündür. Üstəlik kofe, yaxud çay da bu hesaba daxildir. Bakının mərkəzində isə 10 manata yalnız iki fincan çay içmək olar. Düzdür, yanında bir mikroskopik ölçülü kurabiyə də verirlər. Sonra da şikayətlənirik ki, ölkəmizə turistlər az gəlir".

Maraqlıdır ki, səfirin sosial şəbəkələrdə çoxsaylı oxucuları Vilayət Quliyevi dəstəkləyib və şərhlərdə Bakının restoran və kafelərindən verilmiş qəbzlər dərc etməyə başlayıblar.

Sabiq nazirin iradı əslində yeni deyil. Paytaxt Bakıda yaşayış gerçəkdən də insanların gəlirləri fonunda çox bahadır. Qiymətlərin yüksək, eyni zamanda servisə adekvat olmaması isə xarici turistləri Azərbaycana gəlməkdən çəkindirən mühüm amillərdən hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.