Cəmiyyət

Bakıda avtomobil aşıb, ölən var - FOTO

30 Avqust 2022 23:22
Baxış: 1 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində Dairəvi yolda qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən minik avtomobili qəfildən idarəetməni itirərək dərəyə yuvarlanıb. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.

Hadisə Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində qeydə alınıb. BYD markalı avtomobili idarə edən Rüstəmov Nihad Fəzlulla oğlu sükana nəzarəti itirib. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.

Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Onun avtomobildə sıxışmış meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Qəza ilə bağlı avtoekspertiza təyin edilib, araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.