Oğuzda minik avtomobili ağaca çırpılıb, biri ağır olmaqla iki nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Mollalı kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların vəziyyəti nəzərə alınaraq müaynə və müalicə üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Milli.Az