Cəmiyyət

Dayanacaqlarda ödəmə terminalı tapmaq müşkülə çevrilib - sərnişinlər narazıdır - VİDEO

29 Avqust 2022 19:08
Baxış: 750
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avtobus dayanacaqlarında ödəmə terminallarının yeri var, özü isə yoxdur.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu mənzərəni paytaxtın demək olar ki, bütün dayanacaqlarında müşahidə etmək olar.

Elə çəkiliş apardığımız bir neçə məkanda da bunu əyani şəkildə gördük.

Paytaxtın Nəsimi, Səbail, Nizami, Suraxanı və Xətai rayonlarında olan dayanacaqların bir neçəsində sadəcə olaraq ödəmə terminallarından sonra geriyə naqillər qalıb.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agetliyinin mətbuat katibi Mayis Ağayev "Xəzər Xəbər"ə bildirdi ki, bu aparatlar yığışdırılsa da, paytaxt sakinləri üçün daha rahat ödəmə üsulları var.

"BakıKart"ın saytına daxil olmaqla da balansı onlayn qaydada artırmaq mümkündür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.