Gədəbəy rayonunda ağır yol qəzası baş verib.
Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1993-cü il təvəllüdlü Əli Abbaslı, 1964-cü il təvəllüdlü İlqar Abdullayev və 1977-ci il təvəllüdlü Fəxrəddin Qələndərov xəsarət alıblar.
Hər üç şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Milli.Az