Gədəbəydə ağır qəza: avtomobil aşdı

23 Avqust 2022 08:50

Gədəbəy rayonunda ağır yol qəzası baş verib.

Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1993-cü il təvəllüdlü Əli Abbaslı, 1964-cü il təvəllüdlü İlqar Abdullayev və 1977-ci il təvəllüdlü Fəxrəddin Qələndərov xəsarət alıblar.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az