Cəmiyyət

Bakıda binanın mansard hissəsində yeni mənzillər tikilir - sakinlər narazıdır - VİDEO

22 Avqust 2022 18:32
2 Şərh     Baxış: 1 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə ildir istifadədə olan onikimərtəbəli yaşayış binasının mansard hissəsində yeni mənzillər tikilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Xətai rayonu, Aşıq Ələsgər küçəsi 6 G ünvanında yerləşən binadan gedir.

Binada yaşayan sakinlər tikintinin qeyri-qanuni aparıldığını iddia edirlər. Onların sözlərinə görə, mansard hissədə tikinti işlərinin aparılması gələcəkdə bir sıra problemlərə səbəb ola bilər.

Sakinlər ehtimal edirlər ki, tikinti davam edərsə liftin ehtiyat hissələri də sıradan çıxa bilər.

Tikinti aparan şirkətin nümayəndəsi Telman Nuriyev sakinlərin iddiaları ilə razılaşmayıb. O iddia edib ki, tikintinin aparılmasına aidiyyəti qurum icazə verib.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Xətai rayonu, Aşıq Ələsgər küçəsi 6 ünvanında sakinlərin müraciəti əsasında araşdırma aparılıb və müvafiq icazəverici sənədlər olmadan mansard mərtəbədə tikinti-quraşdırma işlərinin aparıldığı məlum olub. 

"Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"na uyğun olaraq cari il iyulun 14 -də nazirlik tərəfindən sözügedən binada tikinti işlərinin dayandırılması barədə Qərar qəbul edilib. Qəbul edilmiş Qərarın surəti icra edilməsi üçün sifarişçiyə, eyni zamanda, tikinti ərazisinə nəzarət etmək üçün aidiyyəti üzrə müvafiq orqanlara  göndərilib'',- deyə məlumatda qeyd edilib. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.