Cəmiyyət

Zaqatala Dövlət Təbiət Qoruğununda yanğın baş verib

16 Avqust 2022 21:25
0 Şərh     Baxış: 475
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zaqatala Dövlət Təbiət Qoruğununda yanğın baş verib.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yanğın bu gün bu gün Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu Qullar kənd inzibati ərazisinindəki qoz bağında baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı dərhal alınıb.

Yanğın nəticəsində qoz bağının 0,3 hektar sahəsində quru ot, xəzəl və kol-kos yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.