Cəmiyyət

Bakıda gənc oğlan və qızı avtomobil vurub

11 Avqust 2022 08:28
0 Şərh     Baxış: 699
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Koroğlu parkının yaxınlığında qeydə alınıb.

1990-cı il təvəllüdlü Əliquliyev Fuad Əfəndi oğlu və 1992-ci il təvəllüdlü Həsənova Turanə Vaqif qızı yolun piyadalar üçün müəyyən edilmiş hissəsindən keçərkən onları minik avtomobili vurub. Yaralılar ağır bədən xəsarətləri aldığından Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.